24 fevral 2022-ci il tarixindən bəri Ukraynada Rusiya ordusunun ümumi döyüş itkiləri təxminən 308720 nəfərə çatıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Belə ki, son sutkada Rusiya ordusunun Ukraynada daha 1080 hərbçisi həlak olub.
Həmçinin, daha 15 tank, 18 zirehli texnika, 36 artilleriya sistemi, 3 MLRS, 5 hava hücumundan müdafiə sistemi, 26 PUA, 1 qanadlı raket, 39 texnika, 5 xüsusi texnikası məhv edilib.