ABŞ-ın Azərbaycana səfir təyin etdiyi Mark Libbi kimdir? - DOSYE

09:51 - 9 Noyabr 2023 - SİYASƏT

Xəbər verdiyimiz kimi, ABŞ Senatı Mark Libbinin Azərbaycanda səfir vəzifəsinə namizədliyini təsdiqləyib.

Ucnoqta.az xəbər verir ki, Libbi 25 may 2022-ci ildə Azərbaycanda səfir vəzifəsinə namizəd kimi göstərilib. Lakin uzun müddət onun namizədliyi təsdiqlənməyib. Prezident Bayden cari ilin yanvarında da Libbinin namizədliyini irəli sürmüşdü. O, Konqresin son sessiyasında təsdiq olunmayan təxminən 175 namizəd arasından Ağ Ev tərəfindən yenidən təqdim edilən 85 namizəddən biri olub.

Mark Libbi Vaşinqtondakı Milli Müharibə Kollecində Dövlət Departamenti fakültəsinin müşaviri vəzifəsində işləyib.

Libbi ABŞ-ın Avropa İttifaqındakı səfirinin müavini, həmçinin siyasi məsləhətçi olduğu Varşava, Nikosiya və Bağdaddakı diplomatik nümayəndəliklərdə çalışıb.

Vaşinqtonda Libbi Dövlət Departamentinin Əməliyyatlar Mərkəzinin Böhranların İdarə Edilməsi üzrə direktor müavini, Mərkəzi Avropa Ofisinin direktor müavini, Cənubi Avropa Ofisinin direktoru vəzifələrində çalışıb.

Xəbər xətti