Tokioda 100 ilin ən yüksək temperaturu qeydə alınıb

20:31 - 7 Noyabr 2023 - DÜNYA

Tokioda havanın temperaturu 27,5 dərəcəyə qədər istiləşib - noyabr ayı üçün bu, son 100 ildə ən yüksək göstəricidir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yaponiya Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Yaponiya paytaxtında sonuncu dəfə belə isti hava 1923-cü ildə qeydə alınıb. Maraqlıdır ki, yaya bənzər isti hava Yaponiyanın əksər bölgələrində müşahidə olunub.

Yapon meteoroloqları qeyd edirlər ki, yaxın günlərdə havanın temperaturu tədricən enəcək.

Xəbər xətti