Ukrayna hökuməti Kiyevin yenidənqurma işləri üçün Avropa İttifaqından 250 milyon avro almasına imkan verən sazişi təsdiqləyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal məlumat verib.
"Ukrayna sürətli bərpa üçün Aİ-dən daha 250 milyon avro cəlb edəcək. Bu gün müvafiq saziş təsdiqlənib. O, körpülərin, dəmir yollarının, məktəblərin, uşaq bağçalarının, xəstəxanaların, yaşayış binalarının bərpası üçün vəsait cəlb edəcək, həmçinin Ukraynada fermerlərə dəstək verəcək”, - o, Telegram-kanalında yazıb.