Hindistan Pralay kvazi ballistik raketini sınaqdan keçirib

19:26 - 7 Noyabr 2023 - DÜNYA

Hindistan Müdafiə Nazirliyi “Pralay” qısa mənzilli kvazi ballistik bərk yanacaq raketini uğurla sınaqdan keçirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, raket Odişa əyalətinin şərqindəki Əbdül Kalam adasından buraxılıb və hədəf bölgədəki təlim hədəfini uğurla vurub.

Bundan əvvəl Hindistanın müdafiə naziri Rajnath Sing-in rəhbərlik etdiyi Müdafiə Alma Şurası hava qüvvələri və quru qoşunları üçün 370 yeni Pralay raketinin istehsalı və satın alınmasını təsdiqləyib.

Pralay Hindistan ordusunda xidmətdə olan ilk nüvəsiz ballistik raket olacaq.

Xəbər xətti