İsrailin "El Al" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Tel-Əvivə eniş edərkən raket atəşinə tutulub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Military Observer Telegram kanalı məlumat yayıb.
Boeing 737 noyabrın 5-də Tbilisidən Ben Qurion hava limanına uçurdu.
“Pilotlar Təl-Əvivə raket hücumları və “Dəmir günbəz”in istismarı zamanı təyyarəni “döyüş üslubunda” endirməli olublar”, - nəşr yazır.