Putin Qazaxıstana səfər edəcək

13:09 - 7 Noyabr 2023 - SİYASƏT

Rusiya prezidenti Vladimir Putin noyabrın 9-da Qazaxıstana rəsmi səfər edəcək

Ucnoqta.az xəbər verir ki, Kremlin mətbuat xidməti məlumat yayıb. Qeyd edilir ki, prezident Tokayevlə danışıqlar zamanı Rusiya-Qazaxıstan münasibətlərinin gələcək inkişafı ilə bağlı əsas məsələlərin müzakirəsi planlaşdırılır.

Bundan əlavə, Putin və Tokayev videokonfrans vasitəsilə Kostanayda keçiriləcək Rusiya və Qazaxıstanın XIX Regionlararası Əməkdaşlıq Forumunun plenar iclasında iştirak edəcəklər.

"Səfər nəticəsində bir sıra mühüm birgə sənədlərin imzalanması gözlənilir. Prezidentlər həmçinin media üçün açıqlamalar verəcəklər", - Kremldən bildiriblər.

Xəbər xətti