Rusiyada son bir həftədə Covid-ə yoluxma 31,7%, xəstəxanaya yerləşdirilənlərin sayı isə 33,4% artıb.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bu barədə infeksiyaya qarşı mübarizə üzrə federal operativ qərargahdan məlumat verilib.
Rusiya Federasiyasının 64 regionunda xəstəxanaya yerləşdirilənlərin sayında artım, 73 regionda isə xəstələnmə halları artıb.
Qərargahın məlumatına görə, həftə ərzində 22 993 nəfər sağalıb ki, bu da əvvəlki həftə ilə müqayisədə 10,8% çoxdur, bu müddət ərzində 63 Covid xəstəsi vəfat edib.