Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan MDB-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin noyabrın 8-də Moskvada keçirilməsi planlaşdırılan iclasında iştirak etməyəcək.
Ucnoqta.az “Armenpress” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat katibi Tatevik Petrosyan bildirib.
Bildirilir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Moskvaya getməyəcək və MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Şuraları katiblərinin noyabrın 8-də Rusiyanın paytaxtında keçiriləcək növbəti iclasında iştirak etməyəcək.