Pakistanda zavoda silahlı hücum: iki polis həlak olub

10:58 - 7 Noyabr 2023 - DÜNYA

Pakistanın şimal-qərbindəki Hayber Paxtunxva əyalətində neft qazma şirkətinin zavoduna silahlı qrupun hücumu nəticəsində 2 polis əməkdaşı ölüb, 3-ü yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Sinxua agentliyi polisə istinadən məlumat yayıb.

Məlumata görə, səhər saatlarında azı 20 silahlı yaraqlı Dera İsmayıl Xan rayonunda zavodun ərazisinə daxil olmağa cəhd edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları əsas girişdə hücumu dəf ediblər. Zavodda ölkədə terror hücumlarının artması səbəbindən yüksək hazırlıq vəziyyətində olan polis və yarımhərbi qüvvələr tərəfindən çox səviyyəli təhlükəsizlik olub.

Zərərçəkənlərin hamısı xəstəxanaya yerləşdirilib, onların vəziyyəti barədə məlumat verilmir. Hücum edənlər dağlıq əraziyə qaçıblar və polis onların hər hansı dəstəyə aid olub-olmadığını araşdırır.

Xəbər xətti