Qırğızıstan Prezidenti Sadır Japarov noyabrın 17-20-də Yaponiyaya səfər edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir. Bildirilir ki, o, burada Yaponiyanın baş naziri Fumio Kişida ilə danışıqlar aparacaq.
"Ümid edirik ki, prezidentin səfəri Yaponiya və Qırğızıstan arasında dostluq əlaqələrinin möhkəmlənməsinə töhfə verəcək", - XİN-in bəyanatında vurğulanır.