ABŞ Qəzzaya hücumları azaltmaq üçün İsrailə təzyiqi artırır - KİV

22:36 - 6 Noyabr 2023 - DÜNYA

ABŞ İsraili Qəzza zolağına hücumlarını azaltmağa razı salmağa çalışır.

Ucnoqta.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən yazıb. Onların fikrincə, Vaşinqton israillilərə fəaliyyət planı diktə etmir, əksinə mülki əhali arasında itkiləri minimuma endirmək üçün Qəzza zolağında hərbi əməliyyat keçirmələri üçün onlara təzyiq göstərir.

 İsrailin humanitar fasilə ilə bağlı barışmazlığı Vaşinqtonla fikir ayrılığına səbəb olub. Bununla belə, bəzi ABŞ rəsmiləri hesab edirlər ki, İsrail bir neçə gün və ya həftə ərzində fasiləyə razı olacaq.

Xəbər xətti