Çeçenistanın rəhbəri Ramzan Kadırov "Vaqner"-in keçmiş döyüşçülərinin Axmat xüsusi təyinatlılarının tərkibində döyüş koordinasiyasından necə keçdiyini bildirib.
Ucnoqta.az xəbər verir ki, o, həmçinin Telegram kanalında məşqdən video yayımlayıb.
Kadırovun sözlərinə görə, "Vaqner" əsgərləri istehkamçılar, pulemyotçular, snayperlər, artilleriyaçılar üçün təlim kursları, eləcə də taktiki atış, səhra təbabəti və s. üzrə təlimləri əhatə edən geniş təlim proqramından keçirlər.
Kadırov əmin olduğunu bildirib ki, "Vaqner"çilər tezliklə döyüşdə öz reputasiyalarını qoruya biləcəklər.