Fələstinin HƏMAS radikal hərəkatının yaraqlı qanadı olan İzzəddin əl-Qəssam Briqadaları iddia edir ki, onun döyüşçüləri Qəzza şəhərinin şimal-qərbində altı İsrail tankını məhv edib.
Ucnoqta.az xəbər verir ki, qrupun Telegram kanalında yayımlanan məlumatda deyilir:
“İzzəddin əl-Qəssam briqadasının döyüşçüləri Qəzza şəhərinin şimal-qərbində işğal qüvvələrinə hücum edərək beş tankı Əl-Yasin-105 mərmiləri ilə məhv ediblər”.
Daha sonra “İzzəddin Əl-Qəssam Briqadaları” bu hücum zamanı İsrail ordusunun altıncı tankının məhv edildiyini açıqlayıb.