HƏMAS komandirlərindən biri məhv edilib

19:43 - 6 Noyabr 2023 - DÜNYA

İsrail hərbçiləri Qəzza zolağında keçirdiyi əməliyyat zamanı Fələstinin HƏMAS radikal təşkilatının silahlı qüvvələrinin batalyonlarından birinin komandirini öldürüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Gecə İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcının Baş Təhlükəsizlik Xidməti və İsrail Müdafiə Qüvvələrinin kəşfiyyat məlumatları əsasında həyata keçirdiyi zərbə nəticəsində Həmas Deyr əl-Bələh batalyonunun komandiri Vael Asefa öldürülüb”, - məlumatda deyilir.

İsrail ordusunun məlumatına görə, o, oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumunun təşkilində iştirak edib. 

Xəbər xətti