Nepalda 5,3 bal gücündə zəlzələ qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, Nepalda 5,3 bal gücündə zəlzələ baş verib.
Məlumata görə, zəlzələnin mənbəyi 14 km dərinlikdə olub. Yeraltı təkanlar 20,9 min insanın yaşadığı Daileh şəhərindən 47 km şərqdə baş verib. Dağıntı və tələfat barədə məlumat yoxdur.