Suriyada ABŞ bazasına PUA-larla hücum edilib

15:45 - 6 Noyabr 2023 - DÜNYA

İraqın İslami Müqavimətinə aid silahlı şiə birləşmələri Suriyanın Deyr əz-Zor əyalətindəki Koniko qaz yatağı yaxınlığındakı ABŞ hərbi bazasına raket zərbələri endirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə şiə Hizbullah partiyasının mətbuat xidməti Telegram kanalında məlumat yayıb.

Məlumata görə, Amerika hərbi düşərgəsinə hücumda pilotsuz uçuş aparatlarından istifadə edilib. Düşmənin bütün quru hədəflərinin vurulduğu bildirilir.

Xəbər xətti