ABŞ dövlət katibi Antoni Blinken Türkiyənin xarici işlər naziri Hakan Fidanla Yaxın Şərqdəki vəziyyətlə bağlı danışıqları məhsuldar adlandırıb.
Ucnoqta.az xəbər verir ki, CNN Türk məlumat yayıb.
"Uzun və məhsuldar danışıqlar apardıq. Qəzzadəki böhranı və münaqişənin böyüməsinin qarşısını almaq üçün nələr edilə biləcəyini müzakirə etdik. Qəzzaya yardımların necə gəldiyini görürsünüz. Yaxın Şərqdə davamlı sülhə nail olmaq üçün nələrin edilə biləcəyini müzakirə etdik" - Blinken deyib.