Gürcüstan və Sloveniya müdafiə sahəsində əməkdaşlıq haqqında saziş imzalayıb

13:30 - 6 Noyabr 2023 - DÜNYA

Gürcüstanın müdafiə naziri Xuanşer Burçuladze və onun sloveniyalı həmkarı Marjan Sarets Tbilisidə iki ölkənin hərbi idarələri arasında əməkdaşlıq haqqında bəyannamə imzalayıblar.

Ucnoqta.az xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Sloveniya Respublikasının müdafiə naziri Marjan Şareç Gürcüstanda rəsmi səfərdə olub.O, Gürcüstanın müdafiə naziri Xuanşer Burçuladze tərəfindən qəbul edilib. Nazirlikdə baş tutan görüşdə Müdafiə Nazirliyindən verilən məlumata görə, Gürcüstan və Sloveniya Müdafiə nazirlikləri arasında müdafiə departamentlərinin yaxınlaşmasını və tərəfdaşlığın dərinləşdirilməsini nəzərdə tutan birgə əməkdaşlıq bəyannaməsi imzalanıb”, - məlumatda deyilir.

Xəbər xətti