Hindistanda Tac Mahalı qatı duman örtür

12:54 - 6 Noyabr 2023 - DÜNYA

Qalın duman təbəqəsi Aqra şəhərini və orada yerləşən Tac Mahalın ağ mərmər məqbərəsini örtüb.

Ucnoqta.az xəbər verir ki, NDTV-nin məlumatına görə, duman Şimali Hindistanda havanın kəskin çirklənməsi nəticəsində yaranıb.

Qeyd olunur ki, çoxu başqa ölkələrdən Aqraya gələn turistlər abidənin demək olar ki, görünməməsindən şikayətlənirlər. Bu şəhərdə havanın keyfiyyəti indeksi (AQI) 171 səviyyəsində qeydə alınıb ki, bu da “orta dərəcədə çirklənmiş” kateqoriyasına aiddir. Lakin bu, Aqra üçün çox yüksək rəqəmdir.

Bu, son illərdə ikinci dəfədir ki, Tac Mahal dumanla örtülür. 2021-ci ildə çətin görünən məqbərənin fotoları sosial şəbəkələrdə yayılıb.

Xəbər xətti