İran və Belarus 400 min ton kalium gübrəsi tədarük etmək barədə razılığa gəliblər
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. İranın Belarusdakı səfiri Əlirza Sanei bildirib ki, Minsk və Tehran Belarusdan İrana 400 min ton kalium gübrəsi tədarük etmək barədə razılığa gəliblər.
Diplomat iki ölkənin şirkətlərinin yaxşı qarşılıqlı əlaqədə olduğunu, tibbi ləvazimat və dərmanların tədarükü ilə bağlı müxtəlif danışıqlar apardığını vurğulayıb.
Sanei vurğulayıb ki, Belarus tərəfi Minskin İrana digər bazarlara və üçüncü ölkələrə daxil olmaq üçün qovşaq olmaq imkanları təmin etməsi ilə razılaşıb.