Litvada üç NATO ölkəsinin bölmələrinin iştirak etdiyi təlimlər başlayıb

15:29 - 5 Noyabr 2023 - DÜNYA

Litvada üç ölkənin - Vilnüsün NATO tərəfdaşlarının bölmələrinin iştirakı ilə briqada səviyyəli "Stiprus grifonas" ("Güclü Qriffon") təlimi başlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Baltikyanı respublikanın ordu komandanlığı məlumat yayıb.

Noyabrın 19-dək davam edəcək təlimlərə Polşa, Portuqaliya və ABŞ ordularının bölmələri Samogitiya motoatıcı briqadasının şəxsi heyəti, çevik reaksiya bölmələri, Hərbi Dəniz Qüvvələri, Müdafiə Nazirliyi sisteminə inteqrasiya olunmuş könüllü hərbiləşdirilmiş strukturların nümayəndələri, Juozas Vitkus mühəndis batalyonu, hava hücumundan müdafiə batalyonu iştirak edir.

Ümumilikdə 2,2 mindən çox hərbi qulluqçu və 300-ə yaxın hərbi texnika, o cümlədən “Abrams” tankları, M113 zirehli transportyorları, “Bradley” və “Rosomak” piyadalarının döyüş maşınları iştirak edir. 

Komandanlığın məlumatına görə, təlimin məqsədi NATO müttəfiqlərinin əlavə bölmələri ilə əməkdaşlıqda müdafiə və hücum əməliyyatlarını həyata keçirməkdir.

Xəbər xətti