Rusiya ordusu Ukraynada daha 990 hərbçisini itirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Belə ki, 24 fevral 2022-ci il tarixindən bəri Rusiya ordusunun ümumi döyüş itkiləri təxminən 305090 nəfərə çatıb.
Həmçinin, daha 8 tank, 14 zirehli texnika, 12 artilleriya sistemi, 6 MLRS, 2 hava hücumundan müdafiə, 3 qanadlı raket, 14 texnika, 9 xüsusi texnikası məhv edilib.