Türkiyə Hərbi Hava Qüvvələri Şimali İraqda PKK-nin 15 hədəfini vurub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Hava qüvvələri noyabrın 4-də saat 19:30-da İraqın şimalındakı Hakurk bölgəsində terrorçu separatçı təşkilatın 15 hədəfini vurub”, - deyə departamentin açıqlamasında bildirilir.