Şənbə günü güclü küləklə müşayiət olunan isti ilə Türkiyənin bir sıra şəhərində temperatur rekordları qırılıb.
Ucnoqta.az xəbər verir ki, ölkənin qərbində Bursada +32, İstanbulda gündüz +26,7-yə çatıb.
Bolqarıstan və Yunanıstanla sərhəddə yerləşən Ədirnə vilayətini dolu ilə birlikdə qasırğa vurub. Ölkənin qərbində Çanaqqalada istilər arasında meşə yanğını başlayıb.