"BMT-nin müvafiq qətnaməsinə əsasən, Azərbaycanın coğrafi adlarından istifadə edilməlidir"
Ucnoqta.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbokla birgə keçirdiyi mətbuat konfransında deyib.
"Suveren dövlətlərin şəhərlərinin adları ilə bağlı beynəlxalq hüquq normalarına riayət etmək, mövcud olmayan adlardan istifadə etməyə imkan verməmək lazımdır. Almaniya Azərbaycanın suverenliyini dəstəklədiyini bəyan edir, lakin Şuşa və Xankəndi şəhərlərindən danışarkən nədənsə erməni adlarından istifadə edir. Bu məsələ ilə bağlı BMT-nin qərar və qətnamələrinə əməl etmək lazımdır”.