"Almaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib".
Ucnoqta.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
"Mən açıq şəkildə bəyan etmişəm ki, Qarabağ Azərbaycan ərazisidir və Azərbaycanın ərazi bütövlüyü Almaniya tərəfindən hər zaman dəstəklənib" - Annalena Berbok bildirib .