Nepalda baş verən zəlzələ nəticəsində azı 157 nəfər ölüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə ölkə polisi X sosial şəbəkəsində məlumat yayıb.
Daha 170 nəfər yaralanıb. Yerli media qeyd edir ki, dağıntıların böyük hissəsi zəlzələ nəticəsində əlaqə kəsilən ucqar dağ yaşayış məntəqələrində baş verib, ona görə də qurbanların sayı arta bilər.