Avropa Komissiyası (AK) yaxın vaxtlarda Aİ-nin Rusiyaya qarşı yeni idxal və ixrac qadağaları və neftin qiymətinin tavanının sərtləşdirilməsi ilə birlikdə 12-ci sanksiyalar paketini təqdim edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidməti tərəfindən yayımlanan Kiyevdə keçirilən mətbuat konfransında AK rəhbəri Ursula fon der Leyen bildirib.
"Tezliklə biz 12-ci sanksiya paketini təklif edəcəyik. Yeni qara siyahı ilə. İdxal və ixraca yeni qadağalarla. Neftin qiymətinin tavanını sərtləşdirmək üçün tədbirlərlə. Həm də sanksiyalardan yayınmaq üçün daha sərt tədbirlərlə", - o deyib.