"Bunun haradan gəldiyini və bunu kim yazır, bilmirəm"
Ucnoqta.az xəbər verir ki, bunu Ukrayna dövlət başçısı Volodimir Zelenski Aİ və ABŞ-ın Rusiya Federasiyası ilə danışıqlarla bağlı Ukraynaya təzyiq göstərməsi ilə bağlı şayiələrə cavab verib.
"Bunun haradan gəldiyini və bunu kim yazır, bilmirəm. Mənim münasibətimi, Ukrayna cəmiyyətinin buna münasibətini hər kəs bilir. Biz dəfələrlə eşitmişik ki, Ramşteyn bizi nəyəsə meylləndirir, amma bu, belə deyil və olmayacaq" - prezident deyib.