Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq qeyri-qanuni miqrasiyanın fəsadlarından danışıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Almaniyanın Bild nəşri məlumat yayıb.
Rəsmi qeyri-qanuni miqrasiyanı yaxın illərdə çətin ki, səngiyə bilməyən problem adlandırıb.
"Avstriya hazırda kontinental Avropada adambaşına düşən ən yüksək yükə malikdir", - xarici işlər naziri Almaniyada danışıqlar zamanı vurğulayıb. Nazir həmçinin qeyd edib ki, Almaniya nəhayət, qeyri-qanuni miqrasiya ilə mübarizə tədbirlərini müzakirə etməlidir.