İsrail döyüş təyyarələri Qəzza zolağının şimalında yüzlərlə məcburi köçkün fələstinlinin yaşadığı məktəbə hücum edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Əl-Cəzirə telekanalı məlumat yayıb.
Məlumata görə, İsrail Hərbi Hava Qüvvələri Cebaliya fələstinli qaçqın düşərgəsindəki Əl-Faxur məktəbini bombalayıb. Hücum nəticəsində ölənlər olub. Onların dəqiq sayı barədə hələlik məlumat yoxdur.