İsrail ordusu Qəzzanın cənubunda əməliyyat keçirib

10:27 - 4 Noyabr 2023 - DÜNYA

İsrail ordusu zirehli və mühəndis birləşmələrinin iştirakı ilə Qəzza zolağının cənubunda reyd keçirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə onun mətbuat xidməti məlumat yayıb.

“Gecə saatlarında Qəzza zolağının cənubunda məqsədyönlü reyd zamanı İDF zirehli və mühəndis bölmələri binaların xəritəsini çəkmək və partlayıcı qurğuları zərərsizləşdirmək üçün kəşfiyyat əməliyyatı keçirib. Əməliyyat zamanı qoşunlar tunel şaxtasından çıxan bir qrup terrorçu ilə qarşılaşıblar. Hərbçilər terrorçulara cavab atəşi açıb və onları məhv ediblər”, - deyə məlumatda bildirilir.

Xəbər xətti