Pakistandakı hərbi hava bazasına hücum olub

08:37 - 4 Noyabr 2023 - DÜNYA

Altı silahlı Pakistanın mərkəzində hərbi hava qüvvələri bazasına hücum edərək üç təyyarə və bir yanacaq tankerinə ziyan vurub.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Reuters” Pakistan ordusuna istinadən məlumat yayıb.

Hərbçilərin 3 silahlını məhv etdiyi, qalan hücumçuların mühasirəyə alındığı qeyd edilir. Hazırda ərazinin təmizlənməsi üçün əməliyyat aparılır.

Xəbər xətti