İsrailin Qəzza sektoru ilə bağlı BÖYÜK PLANI

08:33 - 4 Noyabr 2023 - DÜNYA

ABŞ İsrailin Qəzza sektorunu iki yerə bölmək planlarını açıqlayıb

Ucnoqta.az xəbər verir ki, bu barədə CNN peyk görüntülərinə istinadən məlumat yayıb. Bildirilir ki, İsrail Müdafiə Qüvvələri Qəzza zolağının dəniz boyunca iki hissəyə bölünməsini planlaşdırır.

Dəqiqləşdirilir ki, İDF quru əməliyyatı başlayandan bəri İsrail hərbçiləri üç istiqamətdə irəliləyib. Konkret olaraq, qoşunlar Qəzza zolağının şimal-qərb sərhədindən Aralıq dənizi sahili boyunca, şimal-şərqdən Beyt Hanun yaxınlığından və Qəzza şəhərinin cənubu boyunca şərqdən qərbə doğru hərəkət edir. Telekanalın məlumatına görə, bu, İsrailin Qəzza zolağının iki yerə bölünməsinə açıq cəhdindən xəbər verir.

Bundan əvvəl Ağ Evin yüksək rütbəli rəsmisi CNN-ə bildirib ki, Vaşinqton İsrailin Fələstinin Həmas hərəkatı ilə mübarizədə taktikasını dəyişəcəyini proqnozlaşdırır. Xüsusilə də İsrailin hava əməliyyatlarını azaltması gözlənilir.

Xəbər xətti