İsrail prezidenti İsaak Hersoq fələstinlilərin iztirablarının yalnız HƏMAS hərəkatının məhv edilməsindən sonra bitəcəyini bildirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə o, The New York Times-da yazıb.
“HƏMAS şəhərlərimizə yüzlərlə raket atsa da, əsgərlərimiz döyüş zamanı həlak olsa da, biz bukletlər və telefon zəngləri vasitəsilə mülki əhalini əvvəlcədən xəbərdar etmək, onları əsas döyüş bölgələrindən çıxarmaq üçün çox çalışırıq”, - o, qeyd edib
O, əlavə edib ki, yüzlərlə yük maşını humanitar yardımla gəlir və hər gün daha çox yük maşını gəlir.