ABŞ Ukraynaya 125 milyon dollarlıq hərbi yardım paketi göndərir

20:44 - 3 Noyabr 2023 - DÜNYA

ABŞ administrasiyası Ukraynaya 125 milyon dollar dəyərində daha bir hərbi yardım paketi göndərir

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Antoni Blinkenin yazılı bəyanatında deyilir. 

Onun sözlərinə görə, bu gün Birləşmiş Ştatlar Ukrayna xalqını öz ölkəsini müdafiə edərkən onlara dəstək olmaq üçün yeni silah və texnika paketi təqdim etdiyini elan edir. Amerika diplomatiyasının rəhbəri əlavə edib ki, 125 milyon dollar dəyərində hərbi yardım digər məsələlərlə yanaşı, hava hücumundan müdafiə sisteminin gücləndirilməsinə yönəlib.

ABŞ administrasiyası Ukraynaya növbəti hərbi yardım paketinə NASAMS qısa və orta mənzilli zenit-raket kompleksi (SAM), HIMARS reaktiv yaylım atəş sistemləri (MLRS), eləcə də tank əleyhinə döyüş sursatları üçün mərmi daxil edib. 

Xəbər xətti