Gürcüstan hökuməti 2024-cü ildən xroniki xəstəlikləri olan təqaüdçülərin müalicəsi üçün pulsuz dərmanların verilməsi barədə qərar qəbul edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin baş naziri İrakli Qaribaşvili Nazirlər Kabinetinin iclasında bildirib.
"Gələn il xroniki xəstəliklərdən müalicə alan və dərmandan asılı olan pensiyaçılar ilboyu pulsuz dərman ala biləcəklər. Bu, təxminən 400 min pensiyaçı deməkdir", - Qaribaşvili bildirib.
Hökumət başçısı həmçinin əlavə edib ki, yaxın vaxtlarda 2024-cü il üçün yenidən işlənmiş büdcə layihəsi parlamentə göndəriləcək, ona əsasən Səhiyyə Nazirliyinə ayrılan vəsaitlər 65 milyon lari (təxminən 24 milyon dollar) artacaq və ümumilikdə 7,8 milyard lari olacaq ( 2,9 milyard dollara qədər).