Litva sursat ehtiyatı yaratmaq üçün 10 il ərzində 3,1 milyard avro xərcləyəcək

14:41 - 3 Noyabr 2023 - DÜNYA

10 il ərzində Litva bütün növ sursat ehtiyatlarının yaradılmasına 3,1 milyard avrodan çox vəsait ayıracaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə Baltikyanı Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.

"Müasir hərbi texnikanın alınması ilə yanaşı, döyüş sursatı arsenalına da böyük diqqət yetirilir. Növbəti 10 il ərzində lazımi ehtiyatların yaradılmasına 3,1 milyard avro ayrılacaq", - Müdafiə naziri Arvydas Anusauskas müraciətdə bildirib.

Bu məbləğin 90%-i sursatın özünə, 10%-i isə müxtəlif mühəndislik vasitələrinə ayrılacaq.

Xəbər xətti