İsrail artilleriyası Livanın cənubunda 7 kəndə zərbələr endirib

14:38 - 3 Noyabr 2023 - DÜNYA

İsrail ordusunun artilleriyası Hizbullahın silahlı qanadının döyüşçülərinin hücumlarına cavab olaraq Livanın sərhəd bölgələrini intensiv atəşə tutub.

Ucnoqta.az xəbər verir ki, Mərcayun şəhər bələdiyyəsindəki mənbənin TASS-a verdiyi məlumata görə, zərbələr Teir Harf, Ait əş-Şaab, Cibbin, Ramieh, Əl-Kuzə, Ən-Nakura və Alma əş-Şaab yaşayış məntəqələrinə endirilib.

Onun sözlərinə görə, cümə axşamı İsrailin atəşi və hava hücumlarından sonra ən azı 10 min sakin təhlükəli zonanı tərk edərək Tire köçüb.

Xəbər xətti