Qəzza və İordan çayının qərb sahilindəki humanitar ehtiyaclar üçün 1,2 milyard dollar lazımdır

14:16 - 3 Noyabr 2023 - DÜNYA

İlin sonuna qədər Fələstin ərazilərində əhaliyə humanitar yardım göstərmək üçün ən azı 1,2 milyard dollara ehtiyac olacaq.

Ucnoqta.az xəbər verir ki, bunu BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin (OCHA) rəsmi nümayəndəsi Yens Larke Cenevrədə keçirdiyi brifinqdə deyib. BMT və onun tərəfdaşları bazar ertəsi, noyabrın 6-da bu vəsaitin ayrılması üçün beynəlxalq ictimaiyyətə müraciət edəcəklər.

"O vaxtdan bəri vəziyyət daha da çıxılmaz olub. Yenidən işlənmiş flaş müraciət Qəzza zolağında baş verən kütləvi bombardmanlardan sonra qida, su, səhiyyə, sığınacaq, gigiyena və digər təcili prioritetlərə olan ehtiyacları əks etdirəcək. Biz donorları çağırırıq. cavab üçün resursları tez bir zamanda təmin etmək," - OCHA nümayəndəsi vurğulayıb.

Xəbər xətti