Blinken İsrailin baş naziri və prezidenti ilə görüşəcək

12:27 - 3 Noyabr 2023 - DÜNYA

ABŞ dövlət katibi Antoni Blinken cümə günü İsrailə gəlib və burada Yəhudi dövlətinin baş naziri Benyamin Netanyahu və ölkə prezidenti İsaak Hersoqla görüşmək niyyətindədir.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken X sosial şəbəkəsində yazıb. Tərəflər humanitar məsələləri və Fələstin-İsrail münaqişəsini müzakirə edəcəklər.

"İsrailə qayıtdım, orada Netanyahu, prezident Hersoq və digər liderlərlə görüşəcəyəm. Biz İsrailin özünümüdafiə hüququ və Qəzza zolağında mülki şəxslərə humanitar yardım göstərmək işimizi müzakirə edəcəyik", - ABŞ diplomatiyasının rəhbəri yazıb. 

Xəbər xətti