İspaniya qısa məsafəli uçuşları qadağan etmək istəyir

07:49 - 3 Noyabr 2023 - DÜNYA

İspaniya hakimiyyəti qısa daxili reyslərə qadağa qoymağı və onları sürətli qatarlarla əvəz etməyi düşünür. 

Ucnoqta.az Politico-ya istinadən xəbər verir ki, məqsəd istixana qazlarının emissiyalarını azaltmaqdır.
İdeya Fransada əvvəllər başlamış proqrama bənzəyir və 2,5 saatdan az səyahət müddəti ilə dəmir yoluna alternativ olan daxili uçuşların ləğvini nəzərdə tutur. Xüsusilə, Barselona, Valensiya, Alikante və Sevilyadan Madridə uçuşlara aid edilə bilər.

İspaniyanın dəmir yolu operatoru Renfe artıq sərnişin xidmətlərinə artan tələbata cavab verməyə hazır olduğunu bildirib. Onlar Madrid və adı çəkilən böyük şəhərlər arasında nəqliyyat təmin etmək üçün kifayət qədər sürətli qatarlara malik olduqlarını iddia edirlər.

Lakin ekspertlər və nəqliyyat şirkətlərinin nümayəndələri bu ideyanın həyata keçirilə biləcəyinə və hətta məntiqli olduğuna şübhə ilə yanaşırlar. Bu ilin əvvəlində dərc edilən hesabatda deyilir ki, daxili uçuşlar İspaniyanın CO2 emissiyasının 1%-dən azını təşkil edir və İspaniya paytaxtından digər böyük şəhərlərə uçuşlar ötən il ölkənin ÜDM-inə 329 milyon avro əlavə edib.

Xəbər xətti