39 təyyarə, 8 gəmi Tayvan adasına yaxınlaşıb

07:19 - 3 Noyabr 2023 - DÜNYA

Tayvan silahlı qüvvələri bir gündə Çin Ordusunun 39 təyyarəsi və 8 gəmisinin adaya yaxınlaşdığını qeydə alıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə adanın müdafiə departamentinin saytında yerləşdirilən məlumatda deyilir.

Qeyd edilir ki, 20 təyyarə Tayvan boğazının median xəttini keçərək adanın cənub-şərq və cənub-qərbindəki hava hücumundan müdafiə identifikasiya zonasına daxil olub. Onların arasında bir CH-4 pilotsuz uçuş aparatı, iki BZK-500, dörd Su-30 və J-10 qırıcısı, iki J-11 və J-16, Y-8 sualtı əleyhinə təyyarə, Y-9 elektron döyüş təyyarəsi, iki strateji H-6K bombardmançıları, həmçinin KJ-500 havadan erkən xəbərdarlıq təyyarəsi olub. 

Xəbər xətti