Sankt-Peterburqda hüquq-mühafizə orqanlarının əməkdaşları yoldan keçənlərə hücumla bağlı daha bir şübhəli aşkar ediblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.
2005-ci il təvəllüdlü gənc saxlanılıb. Hazırda qabaqlayıcı tədbirin seçilməsi məsələsi həll edilir.
Müstəntiqlər digər cinayət ortaqlarının axtarışını davam etdirir və əlavə cinayət fəaliyyəti epizodlarını müəyyənləşdirir. Artıq ondan çox adam saxlanılıb.
Dava videoları internetdə yayılmağa başlayandan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları diqqətlərini gənclərə yönəldib. Onlar özlərini “Azərbaycan mafiyası” adlandıran yeniyetmələrin yoldan keçənləri döyməsini nümayiş etdiriblər.
Hücumların əsas təşkilatçısı beynəlxalq axtarışa verilib.