İran prezidenti İbrahim Rəisi noyabrın 7-də Düşənbəyə iki günlük səfər edəcək, Tacikistan prezidenti Emomali Rəhmonla danışıqlar planlaşdırılır.
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS müxbirinə Tacikistan liderinin mətbuat xidmətinin rəhbəri Abdufəttoh Şərifzoda bildirib.
"İran prezidenti noyabrın 7-8-də Tacikistana rəsmi səfər edəcək. Səfər çərçivəsində Tacikistan prezidenti ilə ikitərəfli görüş və tərəflərin geniş tərkibdə görüşü nəzərdə tutulub", - o, bildirib.