ABŞ-ın dövlət katibi Antoni Blinken Səudiyyə Ərəbistanının baş nazirinin birinci müavini və müdafiə naziri Xalid bin Salman Əl Səud ilə Vaşinqtonda görüşündə Qəzza zolağına humanitar yardımın çatdırılmasını, Fələstin-İsrail münasibətlərinin gərginləşməsinin qarşısının alınmasının vacibliyini qeyd edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin yazılı açıqlamasında deyilir.
Dövlət katibi Qəzzada humanitar ehtiyacların ödənilməsinin, münaqişənin daha da genişlənməsinin qarşısının alınmasının və regionda, o cümlədən Yəməndə sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinin vacibliyini bir daha təsdiqləyib. O, həmçinin israillilər və fələstinlilər arasında davamlı sülhün bərqərar olması üçün çalışmağın vacibliyini vurğulayıb. Bu, ABŞ və Səudiyyə Ərəbistanı üçün prioritetdir”, - sənəddə qeyd edilir.