İlin əvvəlindən dünyada azı 46 jurnalist öldürülüb, bu peşənin ən azı 531 nümayəndəsi həbs edilib.
Ucnoqta.az xəbər verir ki, bu məlumatlara BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker X sosial şəbəkəsində yazıb. Volker hökumətləri, polisləri və məhkəmələri mətbuat işçilərinin müdafiəsini gücləndirməyə çağırıb.
BMT-nin ali komissarı media mənsublarına qarşı hücumların qəbuledilməz olduğunu vurğulayaraq cəzasızlığa son qoymağa çağırıb.