Tayvanın müdafiə nazirliyi, adanın yaxınlığında Xalq Azadlıq Ordusuna aid 20 təyyarə və digər təyyarələrin uçduğunu bildirib.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, onlar Tayvan boğazının median xətti adlanan ərazini keçərək adanın hava hücumundan müdafiə identifikasiya zonasına daxil olublar.
Onların arasında J-10, J-11, J-16, Su-30 qırıcıları, H-6 strateji bombardmançı təyyarələr, KJ-500 erkən xəbərdarlıq təyyarələri, Y-8 və Y-9 çoxməqsədli təyyarələr, eləcə də pilotsuz uçuş aparatları olub.