Polşa Slovakiya ilə sərhəddə sərhəd nəzarətini daha 20 gün müddətinə noyabrın 22-dək uzatmaq qərarına gəlib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin saytında məlumat verilib.
"Bu nəzarət öz təsirini göstərir, Avropa ayılmalı və yerdəyişmədən başqa tədbirlər görməlidir" - saytda qeyd edilir.
Polşa oktyabrın 4-də ilk dəfə olaraq Slovakiya sərhədində nəzarət tətbiq edib.